Salam Əsgər!

Əsgərə məktub yazdı balaca ürəklərində böyük vətən eşqi yaşadan şagirdlərimiz. Elə içdən, səmimi, sevə - sevə yazdılar ki, oxuyub kövrəlməmək mümükün deyil.

Hər il olduğu kimi bu il də məktəbin şagirdləri “Əsgərə məktub” layihəsinə qoşuldu. Balacadan böyüyə hər kəs ön cəbhədə şərəflə, cəsarətlə döyüşən əsgərlərə məktub yazdı. Məktubun məzmunu bəllidir: əsgərə sevgi, ehtiram, xeyir – dua.

Bu günün şagirdi sabahın əsgəridir. O, təkcə döyüş meydanında deyil, istənilən bir sahədə əsgərdir! Vətənə sədaqəti ilə, vətənə sevgisi ilə, vətənə xidməti ilə. Məktubların birində 3 “C” sinif şagirdi Fatimə yazır ki, “ biz bu torpaqları qorumalıyıq, çünki işğaldan azad edilmiş torpaqlarda şəhidlərin qanı var. Bu balaca əllərimlə Allaha sizin üçün hər gün dua edirəm”. Fatimə kimi neçə - neçə balaların yaddaşında, ürəyində yaşayacaqdır bu gün Vətən müharibəsində döyüşən, tarix yazan Azərbaycan əsgəri!

#Qarabağ Azərbaycandır!

#Qarabağ Bizimdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi