Gələcəyin əsgərləriyik!

            Ali Baş Komandanımız, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun ön cəbhədə ard - arda qazandığı qələbələr cəmiyyətimizdə böyük ruh yüksəkliyi və milli oyanışa səbəb oldu. Məktəbimizin kollektivi də arxa cəbhədə ordumuza dəstək olmaq üçün müxtəlif tədbirlər keçirib, layihələr təqdim etdilər.

            Sanitar-gigiyenik qaydalara əməl olunmaq şərti ilə 4 ”D” sinif şagirdləri “Gələcəyin əsgərləriyik” başlığı ilə vətənpərvərlik ruhunda təbdir keçirdilər. Sinif rəhbəri Şəfaqət Məmmədova, kitabxana müdiri Sevinc Hüseynova və UBR Aynur Eyvazovanın təşkil etdiyi tədbirdə şagirdlər hərbi geyimdə çıxış edərək ilk öncə dövlət himnimizi səsləndirdilər. Daha sonra şeirlər ifa etdilər, əsgər marşı oxudular. Həmçinin Azərbaycanın bu haqq davasında ona dəstək çıxan ölkələrin bayraqlarını başları üstünə qaldırdılar.

            Qürurverici məqamlarla yadda qalan tədbirin sonunda məktəbin direktoru çıxış edərək şagirdlərə təşəkkür etdi, onlara daha böyük qələbələr yaşamağı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi