İlk dərs günü
Bütün təhsil müəssisələrində olduğu kimi 19 nömrəli tam orta məktəbdə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən tədris və təlim - tərbiyə prosesi 2020 – 2021-ci tədris ili üçün sanitar – epidemioloji qaydalar gözlənilməklə sentyabrın 15 – başlandı. Belə bir çətin vəziyyətdə məktəb kollektivi çalışdı ki, heç bir qayda pozuntusu olmadan şagirdləri məktəbə qəbul etsin.
Əvvəlcədən BŞTİ – nin göndərmiş olduğu təlimatlara əsasən bütün tədbirlər görüldü. İbtidai təhsil üzrə şagirdlər qruplar halında dərslərə cəlb olundu. Qruplar arasınada vaxt intervalı sinif otaqlarının gigiyenik təmizliyi üçün 60 dəqiqə təşkil edildi. Məktəb rəhbərliyinin təyin etdiyi məsul şəxslər və məktəbin həkimi, tibb bacısı ayrı – ayrı giriş qapılarından şagirdlərin temperaturu ölçülmək və əlləri dezinfeksiya edilməklə içəri buraxıldı. İlk dərs günü məktəb rəhbərliyi günün müxtəlif vaxtlarında sinif otaqlarını gəzdi, tələb olunan qaydalara əməl olunmasına nəzarət etdi.