"Heydər Əliyev və tolerantlıq" mövzusunda dəyrimi masa keçirilmişdir
6 may 2016-cı il tarixdə M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə ümummilli liderimiz H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş növbəti tədbir -"Heydər Əliyev və tolerantlıq" mövzusunda dəyrimi masa keçirilmişdir. Dəyirmi masada Ülviyyə Məmmədovanın sinif rəhbəri olduğu 5a sinif şagirdləri daha yüksək fəallıq göstərmişlər. Tədbirin sonunda məktəbin direktoru Akif Əliyev çıxış etmiş və şagirdlərin suallarına cavab vermişdir. Məktəbin foyesində yubileyə həsr edilmiş əl işləri sərgisinin qarşısında xatirə şəkilləri çəkilmişdir.