Məktəbi evə sığdıranlar

    Koronavirus pandemiyası ilə əlaqədar məktəblərin müvəqqəti bağlanması əlbəttə ki, şagirdlərin təhsildən geri qalmasına təsirsiz ötüşmür. Lakin bu günkü durumda "qəhrəman" adlandırdığımız bir çox peşə sahiblərindən biri olan müəllimlərimiz şagirdlərin dərslərdən geri qalmaması üçün #EvdəQal, #TəhsildənQalma fikrini uğurla reallaşdıraraq çalışırlar ki, gündəlik cədvəl üzrə dərslərini davam etdirsinlər.

    Məktəbin 3"A" sinif müəllimi Səfiyyə Vəliyeva şagirdlərini bu karantin günlərində təhsilsiz qoymayıb.Şagirdlərinin bir qismi internetə çıxış imkanları zəif olduğu üçün onlayn dərslərə qoşula bilməsə də, onları da hər cür vasitə ilə dərslərə cəlb etməyə çalışan Səfiyyə müəllimə ümid edir ki, tezliklə bu pandemiya ötüb keçəcək və yenə də bütün şagirdlər ilə canlı ünsiyyət qura biləcək.

    Məktəbin ibtidai sinif müəllimi Mətanət Nəcəfova deyir ki, müəllim hər şəraitdə müəllim kimi vəzifəsini yerinə yetirməlidir. Onun dərs dediyi 1"E" sinfinin şagirdləri demək olar ki, tədris proqramına müəllimlərinin səyi nəticəsində çox uğurla yiyələnə bilirlər. Hətta təqvimdə əlamətdar tarixi və qeyd edilməsi vacib olan günləri Mətanət müəllimə evdə qalaraq şagirdləri ilə müxtəlif videoçarxlar hazırlayıb sosial şəbəkələrdə paylaşır.

    Onlayn şəkildə dərs dediyi siniflərin şagirdləri ilə hər gün əlaqə saxlayan məktəbin ingilis dili müəllimi Fəridə Babazadə deyir ki, dil ünsiyyəti sevir, gərək şagirdlərlə vatsap, skype, zoom və.s proqramlar vasitəsi ilə mütəmadi məşğul olasan.

    Əlbəttə belə misalları çox çəkmək olar. Sevindirici haldır ki, belə çətin bir vəziyyətdə məktəbi evə sığdıran müəllimlərimiz hər cür əziyyətə qatlaşıb şagirdlərin təhsildən geri qalmaması üçün əllərindən gələni əsirgəmirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi