Xocalı soyqırımını unutmayaq!

            Xalqımıza mənfur düşmənimiz ermənilər tərəfindən edilən mənəvi terror, dəhşətli Xocalı faciəsini unutmamaq və unutdurmamaq üçün məktəbdə silsilə tədbirlər təşkil edildi. Belə ki, fevral ayının 26 – da məktəbin şagird, müəllim və valideyn kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi.

Eyni zamanda məktəbdə Xocalı soyqırımına həsr edilmiş foto və rəsm sərgisi təşkil edildi. Şagirdlərə məktəbin girişində hazırlanmış guşədə Xocalı həqiqətlərini əks etdirən sənədli filmlər nümayiş etdirildi. Gün boyu demək olar ki, bütün məktəb kollektivi bu sənədli filmlərə baxmaq imkanı əldə etdilər.

Həmçinin kitabxana müdiri Sevinc Hüseynova mövzusu Xocalı faciəsi qurbanlarına   həsr edilmiş dəyirmi masa təşkil etdi. Dəyirmi masa ətrafında şagirdlər Xocalıda baş vermiş qanlı olaylardan danışdılar.

            Nəhayət, məktəbdə “Xocalıya ədalət” başlığı altında 2”E” sinif rəhbəri Nəzakət Osmanovanın təşkilatçılığı ilə xatirə gecəsi hazırlanıb təqdim olundu. 2 ”E” sinfinin şagirdləri göstərdikləri səhnəciklərdə, ifa etdikləri kompozisiyalarda, şeir nümunələrində Xocalı faciəsində həlak olmuş insanların yaşadıqları müsibəti ürək yanğısı ilə çatdırdılar.

 Allah xalqımıza bir də belə müsibətlər yaşatmasın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi