Beynəlxalq Ana Dili Günü

            2000 – ci ildən etibarən 21 fevral Ana Dili Günü kimi beynəlxalq aləmdə qeyd edilir. Bununla əlaqədar məktəbdə doğma ana dilimizin zəngiliyini qoruyub saxlamaq və şagirdlərə öyrətmək məqsədi ilə tədbir keçirildi. Kitabxana müdiri Sevinc Hüseynova və ədəbiyyat müəllimi Fərqanə Abdulovanın təşkilatçılığı ilə 7”D” sinif şagirdləri dil haqqında müxtəlif ədiblərin əsərlərini dəyirmi masa ətrafında müzakirə etdilər.

            Tədbir zamanı Fərqanə müəllimə çıxış edərək bildirdi ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün  genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Odur ki, ana dilimizi yaşatmaq üçün onu mükəmməl bilməli, ədəbi dilimizə yad kəlmələr gətirməməli, ünsiyyət zamanı harda oluruqsa olaq öz dilimizə üstünlük verməliyik. Sonda məktəbin direktoru Kərim müəllim şagirdlərə ana dilimizi yaşatmaqla bağlı dəyərli tövsiyyələr verdi, dahilərdən sitatlar gətirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi