Gigiyenik kağızlardan istifadə

            Fevral ayının 20 - də məktəbdə BŞTİ - nin müvafiq icazə məktubuna əsasən gigiyenik kağızlardan istifadənin vacibliyinə dair maarifləndirici tədbir təşkil edildi. Tədbir Azərsun Holdinqin əməkdaşları tərəfindən, tibb işçilərinin və  məktəbin 3 və 4 – cü sinif şagirdlərinin iştirakı ilə keçirildi.

            Tədbir zamanı mütəxəssislər tərəfindən şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi xüsusi vurğulandı, xəstəliktörədən mikroblardan qorunmağın bir çox yolları haqqında ətraflı danışıldı. Həmçinin şagirdlərə su olmadığı şəraitdə gigiyenik kağızlardan istifadənin mühümlüyü açıqlandı. Şagirdlərə virus və  bakterial xəstəliklərdən, onların yoluxma yollarından bəhs edən videoçarx nümayiş etdirildi. Daha sonra şagirdlərin sualları cavblandırıldı, onlara Azərsun şirkətinin gigiyenik kağızlarından ibarət hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi