Şəxsi gigiyena
Fevral ayının 12 – də məktəbin sağlam təhsil siniflərində çox maraqlı və vacib bir tədbir təşkil edildi. Tədbir Sağlam Təhsil layihəsi üzrə mütəxəssis Zöhrə İsmayılovanın rəhbərliyi ilə “Şəxsi gigiyena” adı altında keçirildi. Keçirilən tədbir – seminarda şagirdlərlə şəxsi gigiyena, sağlam qidalanma gigiyenası,suyun, havanın gigiyenası və s.mövzularda ətraflı söhbət aparıldı, videoçarxlar, maarifləndirici slaydlar göstərildi.
Daha sonra şagirdləri maraqlandıran suallar Zöhrə xanım tərəfindən təfsilatlı cavablandırıldı.