Şəhidlər poemasının müzakirəsi keçirildi
20 Yanvar faciəsinin 30 – cu ildönümü ilə bağlı məktəbin fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri məktəbin kitabxana müdiri Sevinc Hüseynova və ədəbiyyat müəllimi Məleykə Sadıxova tərəfindən yanvar ayının 16 – da təqdim edildi.
7 ”E” sinfinin şagirdləri və tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra isə Məleykə müəllim bu dəhşətli gecə haqqında şagirdlərə qısa məlumat verdi. Tədbirin gedişi boyunca şagirdlər şəhidlərimizin əziz xatırəsinə ithaf olunmuş xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından ayrı – ayrı parçalar ifa etdilər. Daha sonra şagirdlər əsərin müzakirəsini başladılar. Həmçinin şagirdlər faciəni ən həssas məqamlarına qədər dəqiqliklə sətirlərə köçürən şairin demək istədikləri haqqında ətraflı danışdılar. Müzakirənin sonunda poemanın məzmununu əks etdirən və şagirdlər tərəfindən hazırlanan videoçarx təqdim olundu.