Həmid Araslının elmi xidmətləri

 Həmid Araslı Azərbaycan elmində böyük xidmətləri və öz səsi-sözü, dəsti-xətti olan görkəmli alimlərimizdəndir. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində apardığı sanballı tədqiqat işləri ilə tanınan akademik Həmid Araslı çoxşaxəli araşdırmaları ilə ədəbiyyatşünaslığımızın inkişafına böyük töhfələr vermişdir. Odur ki, məktəbin tədbirlər planına uyğun olaraq il ərzində alimin 110 illik yubileyi ilə əlaqədar bir sıra işlər görülmüşdür.

Dekabr ayının 30 – da məktəb kitabxanasında böyük ədəbiyyatşünas, tənqidçi alim Həmid Araslının elmi xidmətlərinə həsr edilmiş dəyirmi masa keçirildi. 8 “C” sinif şagirdlərinin iştirakı və məktəbin kitabxana müdiri Sevinc Hüseynovanın, ədəbiyyat müəllimi Cəmalə Cəfərlinin rəhbərliyi ilə təşkil edilən dəyirmi masada maraqlı faktlara toxunuldu. Şagirdlər Həmid Araslı yaradıcılığı ilə bağlı əsaslı araşdırmalarını, tətqiqat işlərini təqdim etdilər. Həmçinin tənqidçi kimi alimin töhvə verdiyi bir çox əsərlərin adlarını çəkdilər, haqqında danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi