Qazi həmkarımızı təbrik edirik
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncamına əsasən, 2020-ci il fevralın 9-na Milli Məclisə növbədənkənar seçkilər təyin edilib. Sevindirici haldır ki, deputat mandatı əldə etmək üçün yarışa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, yaralanaraq Qazi olmuş vətəndaşlarımız da qatılıblar. Belə ki, hazırda 19 nömrəli məktəbdə hərbi rəhbər vəzifəsində çalışan, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Xəzər rayon filialının sədr müavini, ehtiyatda olan zabit, Qazi İslam Əzimov da deputatlıq uğrunda yarışa qoşulub. İslam Əzimov namizədliyini 14 saylı Xəzər II seçki dairəsindən irəli sürüb. Məktəbin pedaqoji kollektivi adından həmkarımızı namizədliyinin qeydə alınması münasibətilə təbrik edir, seçkilərdə ona uğur arzulayırıq.