İsmayıl Şıxlının 100 illik yubileyi

            Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi bərədə məktəbdə BŞTİ – nin müvafiq tapşırığının icrası ilə əlaqədar bir sıra tədbirlər təşkil edildi. Sonuncu dəfə dekabr ayının 28 – də görkəmli yazıçının “Dəli Kür” əsəri yuxarı sinif şagirdlərinin iştirakı ilə müzakirəyə qoyuldu. Kitabxana müdiri Sevinc Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirədə şagirdlər  romanın qısa məzmunundan danışdılar, sonra isə müzakirəyə başladılar.

            Müzakirə zamanı “Dəli Kür” romanın ayrı – ayrı obrazları haqqında şagirdlər ətraflı məlumat verdilər, onların mənfi və müsbət cəhətlərini araşdırdılar. Çox maraqlı və qızğın gedən müzakirədə məktəb rəhbərliyinin nümayəndələri, ədəbiyyat müəllimləri də iştirak edərək istiqamətverici suallarla şagirdlərə müraciət etdilər. Daha sonra əsərin motivləri əsasında çəkilən filmdən bir neçə vacib səhnələr izləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi