Valideynin məktəbdə bir günü

            BŞTİ – nin müvafiq əmrinə əsasən dekabr ayının 13 – də “Valideynin məktəbdə bir günü” layihəsi icra olundu. Təlimata uyğun olaraq ibtidai, orta və yuxarı sinif blokunda təhsil alan şagirdlərin valideynlərinin tədbirdə iştirakı təmin edildi. Əvvəlcə məktəbə daxil olan hər bir valideyn müvafiq qaydada qeydiyyatdan keçərək seminarda iştirak üçün akt zalına istiqamətləndirildi. Öncədən planlaşdırıldığı kimi layihədə 150 nəfərə qədər valideynin iştirakı təşkil edildi.

            Məktəbin direktoru valideynlər qarşısında çıxış edərək məktəb daxilində həyata keçirilən layihələr, bu layihələrə uyğun reallaşdırılmış fəaliyyətlər, şagirdlərin uğurlu və səmərəli təhsili üçün yaradılan şərait və s. haqqında ətraflı məlumat verdi.

            Daha sonra valideynlərin qrup halında dərs dinləmələrində iştirakı və məktəblə yaxından tanış olmaları təmin edildi. Məktəbdə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə valideynləri narahat edən məqamlar dəqiqliklə aşkarlanıb qeydə alındı, onların rəy və təklifləri dinlənildi. Məktəbdə layihənin icrası bitdikdən sonra  məktəb rəhbərliyi geniş müzakirə təşkil etdi və nəticələrə əsasən məktəbin prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi