Düzgün ixtisas seçimi

            Dekabr ayının 12 – də Qərbi Kaspi Universitetinin bir qrup mütəxəssisi tərəfindən məktəbdə tədbir keçirildi. Tədbirdə əsasən yuxarı sinif şagirdlərinin iştirakı təmin edildi.

            Universitetin tarix müəllimi Urfan Muradlı, Dizayn və Memarlıq kafedrasının müdiri Pərvanə Əliyeva şagirdlərin qarşısında çıxış edərək düzgün ixtisas seçimində vacib olan  bacarıqların formalaşdırılması, onların imtahanqabağı psixoloji gərginliyinin minimuma endirilməsi istiqamətində tövsiyyələrini verdilər. Tədbirdə düzgün olmayan ixtisas seçiminin insan gələcəyi, karyerası üçün acı nəticələrindən ətraflı danışıldı. Aparılan peşəyönümlü söhbət zamanı şagirdləri maraqlandıran suallar cavablandırıldı.

            Universitetin 4 – cü kurs tələbəsi Nicat Səfərovun təqdimatında robotların nümayişi şagirdlərin xüsusilə marağına səbəb oldu.

           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi