Humel Psixologiya Mərkəzinin seminarı keçirilib

Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin valideynləri üçün 19 aprel 2016-cı il tarixdə Humel Psoxologiya Mərkəzinin təşkil etdiyi seminar keçirilmişdir. Seminarda məktəbin direktoru Akif Əliyev şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsində məktəblə valideynlərin birgə fəaliyyətinin zəruriliyindən, bu əlaqələrin qarşılıqlı faydasından, eləcə də valideynlərin öz övladlarına daha səmərəli dəstək olması üçün onların pedaqoji-psixoloji biliklərinin daim artırılmasının əhəmiyyətindən danışmışdır. Seminarda Mərkəzin psixoloqu Ülviyyə Hümbətova uşaqlarda müxtəlif növ psixoloji problemlər, məktəb fobiyası, onlarda səbəbsiz gərginliklər, enkoprez, uşaq şizofreniyası, nevrozlar, yuxu, davranış və yaddaş pozuntuları haqqında valideynləri məlumatlandırmış, eləcə də bu problemlərin aradan qaldırılması yollarından danışmışdır. Seminarda psixoloq valideynlərin suallarına cavab vermiş, geniş disskussiya aparılmışdır. Seminarın sonunda valideynlər belə tədbirin vaxtaşırı keçirilməsini təklif etmiş, seminarın təşkilatçılarına təşəkkürlərini bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi