İmadəddin Nəsiminin 650 illik yubileyi keçirildi

            Məktəbdə dekabr ayının 4 – də dahi Azərbaycan şairi, görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edildi. Tədbirin təşkilatçıları - kitabxana müdiri Sevinc Hüseynova və məktəbin ingilis dili müəllimi Samirə Hüseynova 10 “B” sinif şagirdlərinin iştirakı ilə məktəb kollektivinə Nəsimi yaradıcılığına həsr edilmiş çox maraqlı ədəbi – bədii gecə təqdim etdilər.

            Ölkə prezidentinin 2019 – cu ili “Nəsimi ili” elan etməsi ilə əlaqədar imzaladığı fərmanının səsləndirilməsindən sonra tədbir açıq elan edildi. Tədbir boyunca şagirdlər çox peşəkarcasına görkəmli şairin əsərlərindən parçalar səsləndirdilər, qəzəllər ifa etdilər. Həmçinin şagirdlər “Nəsimi” filmindən ayrı – ayrı səhnəcikləri canlandırdılar.

            Tədbirin sonunda məktəbin direktoru çıxış edərək şagirdləri belə bir məsuliyyətli və çətin işin öhdəsindən gələ bildikləri üçün təbrik etdi, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi