Fəal oxucular

            Məktəbdə tez – tez kitabxanaya müraciət edən şagirdlərlə noyabr ayının 29 - da maraqlı bir tədbir keçirildi. Kitabxana müdiri Sevinc Hüseynova 9 “A” sinfinin fəal oxucularını toplayıb onları kitabxanaya yenicə gətirilmiş Dünya ədəbiyyatı inciləri ilə tanış etdi. Şagirdlər bəzi əsərlərin qısa məzmunu ilə tanış olub müzakirələr apardılar.

            Şagirdlərin bir daha nəzərinə çatdırıldı ki, kitab oxumaq nitq mədəniyyəti və söz ehtiyatının formalaşmasında əvəzsiz rola malikdir. Kitabxanaçılar qeyd etdilər ki, müasir dövr nə qədər kompüter dövrü olsa da, kitab oxumaq öz aktuallığını heç zaman itirməyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi