9 Fevral “Beynəlxalq Kəndirlə Mübarizə İdmanı Günü”dür. Bu gün Bakı şəhər Gənclər və İdman İdarəsi, Milli İdman Növləri Assosiasiyasının dəstəyi və Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin təşkilatçılığı ilə 189-190 nömrəli tam orta məktəbdə

9 Fevral “Beynəlxalq Kəndirlə Mübarizə İdmanı Günü”dür.
Bu gün Bakı şəhər Gənclər və İdman İdarəsi, Milli İdman Növləri Assosiasiyasının dəstəyi və Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin təşkilatçılığı ilə 189-190 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri arasında turnir keçirildi.
Tədbir Vətən Müharibəsi Şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsindən sonra açıq elan olundu
Sonra 189-190 nömrəli məktəbin direktoru Fayaz Hüseynov çıxış edərək iştrakçılara uğurlar arzuladı.
Turnirdə 189-190 nömrəli tam orta məktəb, İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 49 nömrəli intelekt məktəb lisey, 7 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi, 6 nömrəli tam orta məktəb və 200 nömrəli məktəb lisey kompleksi komandaları mübarizə aparıblar.