Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən dekabr ayında məktəblərdə Naxçıvan ayı layihəsinin keçirilməsinə başlanmışdır. Bununla əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq məktəbimizdə Naxçıvan MR – 100 il adlı intellektual yarış keçirilmişdir. IX sinif şagirdləri arasında keçirilən bu yarışmada Naxçıvanın tarixi,mədəni irsi,tarixi abidələrini əhatə edən suallar səsləndirilmişdir. Müəllimlərimizdən Məmmədova Lalə, Həsənova Natavan, Nəbiyeva Tahirə və Hüseynova Fidan tərəfindən hazırlanan suallar,nümayiş etdirilən film şagirdlərimizin maarifləndirilməsində böyük rol oynamışdır. Həmçinin 7 B sinif şagirdi Şərifzadə Rəcəbin iblisin monoloqu, 5 B sinif şagirdləri Ağayev İbrahim və Əsədli Akifənin H.Cavidin “Qız məktəbində “ şeri maraqla qarşılanmışdır. Komandalara məktəbimizin direktoru Hüseynov Fayaz tərəfindən diplomlar təqdim edilmişdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi