1990 – cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilən qanlı hadisələri şagirdlərin diqqətinə çatdırmaq və şəhidlərimizin xatirəsini anmaq məqsədilə məktəbimizdə açıq dərslər və dəyirmi masa keçirilmişdir.
189-190 nömrəli tam orta məktəbdə 20 yanvar şəhidlərinin xatirəsi yad edildi. Müstəqillik səhifəmizin ilk sətirlərini yazan şəhidlərimiz, həmçinin vətəni sevərək onun azadlığı uğrunda canından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, gələcək nəslin xoşbəxt və azad yaşamasının təməlini qoymuşlar. Onlar şagirdlərimiz üçün vətən sevgisinin, vətəndaşlığın, qəhrəmanlığın əsl nümunəsidirlər.