Məktəbimizdə “ZƏFƏR GÜNÜ” münasibətilə tədbir keçirildi.

07/XI/2023 cü il tarixdə 189-190 nömrəli tam orta məktəbdə “ZƏFƏR GÜNÜ” münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin şəhid məzunlarının valideynləri, II Qarabağ müharibəsinin iştirakçıları, qazilər, Səbail rayon icra hakimiyyətinin nümayəndələri iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Ulu öndər Heydər Əliyevin Qarabağla və işğalda olan ərazilərimizin bir gün mütləq qaytarılacağına dair söylədikləri müdrik kəlamlar, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, xalqın birliyi və ordumuzun şücaəti nəticəsində Qarabağ torpaqlarını azad edilməsi  ilə bağlı təqdimatlar nümayiş olundu. Müharibədə həlak olmuş bir çox şəhidlər haqqında məlumat verildi. Məktəb şagirdlərinin hazırladığı rəqs və mahnılar nümayiş olundu. Qonaqlar Qarabağ müharibəsinə aid Şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi