Şəhid Məmmədağa Səfərovun adını daşıyan 7 C sinif şagirdləri və valideynləri  sinif rəhbəri Yeganə Teymurovanın  təşəbbüsü ilə şəhidin ev muzeyini ziyarət etdilər.

44 günlük müharibədə tariximizin şanlı səhifəsini yazan şəhidlərimizi yad etmək hər zaman borcumuzdur. Bu gün şəhid Məmmədağa Səfərovun adını daşıyan 7 C sinif şagirdləri və valideynləri  sinif rəhbəri Yeganə Teymurovanın  təşəbbüsü ilə şəhidin ev muzeyini ziyarət etdilər. Şagirdlər öz ömrünü şəhid adı ilə yaşadan igidlərimiz, tariximizdən qara səhifələri silən qeyrətli el oğulları haqqında şeirlər söylədilər. Sinif rəhbəri şagirdlərə örnək olacaq şəhidimiz haqqında danışdı. Sonda şəhidin anası bu ziyarət üçün öz minnətdarlığını bildirdi və oğlunun vətən yolunda şəhid olması ilə qürur duyduğunu söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi