06.11.2023-cü il tarixində məktəbdə tədbir keçirilib

06.11.2023-cü il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Lalə Pənahova və kitabxana müdiri Günel Bağırovanın rəhbərliyi ilə 3 A sinifində Aygün müəllimənin “Zəfər Çələngi” adlı dərsi keçirildi. Dərs zamanı şagirdlərin göstərdikləri təqdimatlar,oxuduqları mahnılar , söylədikləri şerlər tədbirə rəngarənglik qatdı. Tədbirdə şəhidlər 1 dəqiqəlik sükutla yad edildi. Sonda tədbir iştirakçıları məktəbin Şəhidlər guşəsini ziyarət edərək, qərənfillər qoydular. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə vətənpərvərlik hissini aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi