189-190 nömrəli tam orta məktəbdə Zəfər Günü ilə bağlı tədbir keçirilib.

189-190 nömrəli tam orta məktəbdə Zəfər Günü ilə bağlı bir sıra tədbirlər keçirilir. Bu günlərdə xalqımız böyük tarixi qələbənin xoşbəxtliyini  və sevincini yaşamaqdadır. Qarabağımız tam azaddır və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. Məktəbimizin məzunu 1992 –ci il yanvarın 26-da Daşaltı əmliyyatında şəhid olmuş Həmid Yaşar oğlu Cəbrayılovun anım günü ilə əlaqədar şəhidin adını daşıyan 5A sinifində tədbir keçirildi. Tədbirdə  hazırlanmış kompozisiya, mahnılar , tamaşa və videoçarx maraqla qarşılandı. Şəhidin əziz xatirəsi ehtiramla anıldı. Tədbirdə iştirak edən şəhidin ailəsi və qonaqlar çıxış edərək onun keçdiyi şərəfli ömür yolundan danışdılar. Ruhun şad olsun əziz şəhidimiz! Sən bizim qürurumuzan! Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi