Tarixi qələbəmizin ildönümü, Zəfər bayramı ərəfəsində məktəbimizin 10c və 9l sinif şagirdlərinin birgə hazırladığı tədbir keçirildi.

Tarixi qələbəmizin ildönümü, Zəfər bayramı ərəfəsində məktəbimizin 10c və 9l sinif şagirdlərinin birgə hazırladığı tarix müəllimləri Firuzə Məmmədli və Sevil Tağıyevanın rəhbərliyi ilə tədbir keçirildi. Tədbirdə 10c sinıf şagirdlərinin hazırladığı "Qarabağın tarixi abidələri" təqdimatı oldu. Qarabağın tarixi abidələri haqqında geniş məlumat verildi, işğal dövründə abidələrimizin erməni vandalları tərəfindən dağıdıldğı, talan edildiyi, müqəddəs yerlərin təhqir olunduğu və s. haqqında məlumat verildi. Qələbəmizdən sonra dağıdılmış abidələrimizın necə bərpa edildiyi nümayiş etdirildi. Sonra 9l şagirdləri 44 günlük müharibə haqqında ətraflı məlumat verdilər. Torpaqlarımızın azad edilməsində müstəsna rolu olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində əldə etdiyimiz qələbə haqqında şagirdlər maraqlı çıxışlar etdi, şerlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi