Anım günü ilə əlaqədar məktəbimizdə keçirilən tədbir
Anım günü ilə əlaqədar 189-190 nömrəli tam orta məktəbdə açıq dərslər, inşa və rəsm müsabiqələri keçirildi. Məktəbdə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimiz bir daha anılmış, xatirələri əziz tutulmuşdur. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi ilə əlaqədar çıxışı dinlənilmişdir. Daha sonra məktəbin 7-A sinif şagirdləri döyüşlərdə böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərmiş Vətən oğullarına həsr edilmiş şeirlər söyləmişlər. Azərbaycan Respublikasının suverenliyi uğrunda mübarizədə rəşadət göstərmiş əsgər və zabitlərimizə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir. Məktəbimizin direktoru Fayaz Hüseynov çıxışında xalqın və ordumuzun bir yumruq kimi birliyindən, işğal altında olan torpaqlarımızı azad etmiş şəhidlərimizin və qazilərimizin vətənə olan sevgisindən, Ali Baş komandanın müdrik daxili və xarici siyasətindən danışdı. Qeyd etdi ki, məktəbimizin də 44 günlük müharibədə şəhid məzunları olmuşdur. Fərid Ələkbərov, Faiq Həsənov, Qüdrət Məmmədzadə və Hüseyn Novruzov qürurla anılacaq və xatirələri hər zaman uca tutulacaqdır. 2020 -ci il sentyabrın 27 -də başlamış ll Qarabağ müharibəsində həyatlarını itirən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Zəfər bizimlədir!