AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN GENC ÜZVÜ SƏMA MUĞANNA.
Bu gün Muğannalar ailəsində möhtəşəm gündür.Ustad İsa Muğannanın nəvəsi Səma Muğanna Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvü seçildi.Tədbirdə Anar müəllim başda olmaqla Rəşad Məcid,Çingiz Abdullayev,Səlim Babullaoğlu və başqa ziyalılar iştirak edirdilər.Səmanın haqqında Anar müəllimin və Rəşad müəllimin dediyi xoş sözlər,onun yaradıcılığına olan sevgiləri doğma məktəbimiz,müəllim kollektivi və bütün Səmasevərlər üçün təbii ki,böyük sevincdir. Şagirdimizi təbrik edirik və uğurlar arzulayırıq.