Məktəbdə "Milli-mənəvi dəyərlərimizi qoruyaq!" mövzusunda tədbir keçirildi

Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də, əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.Novruz  milli- mənəvi dəyərlərin təcəssümüdür. 15 mart 2024-cü il tarixdə Məmmədova Güllü müəllimə  2 “d” sinfi ilə “Novruz milli mənəvi dəyərlərimiz” adlı tədbir keçirtdi. Tədbirdə şagirdlər adət-ənənəyə uyğun haxıştalar deyildi, Bahar qızın Keçəl və Kosanın məzəli deyişmələri, Tıq-tıq xanımın rəqsi, yumurta döyüşdürmək çox maraqla qarşılandı. Tədbirdə həmçinin valideynlər də iştirak edirdi. Yekunda məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova çıxış edərək bildirdi ki,  Novruz bayramı-sülhü əmin-amanlığın rəmzidir. Bu baxımdan Novruz bayramını, onun milli özəllikləri ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərlərin təcəssümü olaraq dünyaya tanıtmaq, təbliğ etmək çox vacibdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi