Məktəbdə 4-cü sinif şagirdləri ilə yol hərəkəti qaydaları haqqında tədbir keçirildi

Hər bir şəxs hər gün müxtəlif yollardan istifadə edir.Xüsüsəndə piyada yollardan məktəblilər daha çox istifadə etməsi  üstünlük təşkil edir.  Onların təhlükədən qorunmaq üçün yol hərəkəti qaydalarından xəbərdar olması mütləq vacibdir.  Buna görə də təhlükəsiz həyat üçün düzgün davranış vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına başlamaq mühümdür.

25 aprel 2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Aynurə Mikayılzadənin  IV a  sinfi “Yol hərəkəti qaydaları”haqqında maarifləndirmə tədbiri təşkil etdilər. Tədbirdə məktəbin direktor vəzifəsini icra edən Məmmədova Gülnarə, təlim-tərbiyə işləri üzrə direktor müavini Turan Cəbiyeva, Elnarə Həsənova, Sabunçu rayon polis əməkdaşı Rafiq İsmayılov, Yol Patrul Xidmətinin əməkdaşı, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdə şagirdlər yol nişanları  və düzgün yol qaydaları haqqında maraqlı məlumat verdilər. Bundan başqa rəqs və mahnı ilə tədbiri yekunlaşdırdılar. Tədbirin sonunda Sabunçu rayon polis əməkdaşı Rafiq ismayılov qeyd etdiki,  yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır. Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt hadisələrdən qoruya bilək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi