Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi

04 may 2024-cü il tarixdə məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova, təlim - tərbiyə işləri üzrə direktor müavinləri Turan Cəbiyeva, İffət Bədəlova, Fərəh Mikayılzadə, Elnarə Həsənova və digər pedaqoji kollektiv iştirak etdilər.

Məktəb Pedaqoji Şura iclasını məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədovanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

İclasda II yarımil ərzində keçirilmiş məktəbdaxili monitorinqlərin nəticələri və təhlili elan olundu, davamiyyətin müzakirəsi və valideyn iclaslarının təşkili barədə müzakirələr edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.

Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni hədəflər müəyyən olundu.

Qarşıda gələn Böyük Summativ Qiymətləndirmənin təşkili ilə bağlı hazırlıq işlərindən danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi