Məktəbdə "Böyük Qəlb Şairi Məhəmməd Füzuli" adlı ədəbi-bədii kompozisiya keçirildi

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında məktəbin tədbirlər planına əsasən məktəbin kitabxanasında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülcamal Hüseynlinin təşkilatçılığı və kitabxana müdiri Vüsalə Qədimovanın dəstəyi ilə 8b və 8f sinif şagirdlərinin iştirakı ilə “Böyük Qəlb Şairi Məhəmməd Füzuli” adlı adəbi-bədii kompozisiya keçirildi. Əvvəlcə şairin həyatı və yaradıcılığı haqqında məlumat verildi, sonra Leyli və Məcnun əsərindən səhnələr göstərildi. 8b sinif şagirdi Zəhra Sadıqovanın ifasında “Füzuli” kontatası səsləndi. VIII sinif şagirdlərinin rəsmləri sərgiləndi. Tədbirdə valideynlərdə iştirak etdilər. Çıxışlar maraqla qarşılandı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi