Uğurların davamlı olsun!

Azərbaycan Taekvondo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə respublika birinciliyi və çempionatına yekun vurulub. Qeyd edək ki, ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionatda bütün bölgələrdən idmançılar mübarizə aparıblar. 24-28 dekabr 2019-cu il tarixlərində keçirilən taekvondo üzrə ölkə çempionatında Alpman Taekvondo Klubunun üzvü, məktəbimizin VIII sinif şagirdi Bağırov Vüqar yeniyetmələr arasında ölkə birinciliyinə layiq görülmüşdür. Biz də Vüqarı təbrik edir, ona dərslərində müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi