ÖLMƏZ ŞƏHİDİMİZ KAMRAN HACIYEV

Ordumuzun sentyabrın 27- də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində işğal olunmuş ərazilərimizin xeyli hissəsi yağılardan təmizləndi. Noyabrın 8-də Azərbaycanın Qarabağın incisi olan Şuşa şəhərini ,onun ardınca 1 gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı diz çökdürdü ordu, xalqın birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan Azərbaycan övladlarının şücaəti Erməstanın 30 ildə yaratmaq istədiyi qalibiyyət mifini 44 gündə darmadağın etdi. Belə qəhrəmanlardan biri Kamran Hacıyevdir. 26 yaşlı qəhrəman şəhidimiz Kamran Hacıyev hələ generalımız Polad Həşimovun Tovuz döyüşlərində şəhid olduğu gün qarşısına məqsəd qoymuşdu. Vətən müharibəmiz başlayanda çox böyük sevinclə könüllü hərbiyə yazılaraq döyüşə üz tutur. 21.10.2020- cı ildə Fizulinin, Cəbrayılın, Xocavəndin, Hadrutun alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vurulmuş, Ərgünəş zirvəsində şəhid olmuşdur. Prezidentin sərəncamı ilə Xocavəndin azad olması və Vətən uğrunda medalları ilə təltif olunub. Bu gün məktəbimizin müəllim və şagirdləri ilə birlikdə Şəhidimizin qəbrini ziyarət etdik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi