Nizami Gəncəvi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan olunmuşdur. Buna əsasən məktəbli şagirdlərin iştirakı ilə 10.06.2021-ci il tarixində 185 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə dahi şairin obrazı yaradılmış və onun dilindən şeirlər səsləndirilmişdir. Həmçinin şagirdlər böyük şairin həyat və yaradıcılığı, “Xəmsə”yə daxil olan əsərləri haqqında dolğun məlumatlar vermişlər.Təqdim olunan səhnəciklər, musiqili kompozisiyalar tədbir iştirakçılarının marağına səbəb olmuşdur.Tədbirdə Cəfərov Vahid, Hüseynli Gülnaz, Bəşirova Çinarə, Hüseynli Murad, Cəlilova Leyla, Əzimova Nuranə fəallıq göstərmişlər. Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş tədbirin əsas məqsədi Azərbaycançılıq ruhuna, onun tarixinə, mədəniyyətinə olan hörmət və ehtiramı şagirdlərə aşılamaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi