XARI BÜLBÜL ƏTİRLİ ZƏFƏR GÜNÜ

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən Xəzər rayonundakı 185 N-li tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü ərəfəsində “Xarı bülbül ətirli Zəfər Günü” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Esmira Rzaquliyeva,tərbiyə işləri üzrə direktor müavini Gülüm Cəfərova və məktəb psixoloqu Rəfiqə Vəliyeva iştirak ediblər. Tədbirdə Zəfərə gedən yolun cığırlarından danışılıb ,şagirdlər işarə dili ilə Xudayar təsnifini ifa ediblər .Müxtəlif Zəfər ruhlu şeirlər ,mətnlər səsləndirilib kompozisiya təşkil olunub. Tədbirin sonunda çıxış edən məktəbin direktoru E.Rzaquliyeva və tərbiyə işləri üzrə direktor müavini G. Cəfərova keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib.Qarabağ əsl sahibinə geri qaytarılıb . Eyni zamanda, tədbirdə “Vətən müharibəsi” mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgi də təşkil olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi