Kiçik Akademiya

MAHİR NİŞANÇI8 Noyabr "Zəfər Günü" nə həsr olunmuş Xəzər rayonu ümumtəhsil məktəb müəllimləri arasında keçirilən"Mahir Nişançı" güllə atıcılığı yarışında məktəbimizin iki müəllimi Məmmədov Vüqar Qulu oğlu və Hüseynova Gülanə İman qızı iştirak etmişlər. Onlar fərdi şəkildə II yerə layiq görülüblər, medal və diplomla təltif olunublar. Məktəbimizdə rayon məktəbləri arasında iştirakına görə II yerə və diplomla mükafatlandırılıb.

Ətraflı

ÖLMƏZ ŞƏHİDİMİZ KAMRAN HACIYEVOrdumuzun sentyabrın 27- də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində işğal olunmuş ərazilərimizin xeyli hissəsi yağılardan təmizləndi. Noyabrın 8-də Azərbaycanın Qarabağın incisi olan Şuşa şəhərini ,onun ardınca 1 gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı diz çökdürdü ordu, xalqın birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan Azərbaycan övladlarının şücaəti Erməstanın 30 ildə yaratmaq istədiyi qalibiyyət mifini 44 gündə darmadağın etdi. Belə qəhrəmanlardan biri Kamran Hacıyevdir. 26 yaşlı qəhrəman şəhidimiz Kamran Hacıyev hələ generalımız Polad Həşimovun Tovuz döyüşlərində şəhid olduğu gün qarşısına məqsəd qoymuşdu. Vətən müharibəmiz başlayanda çox böyük sevinclə könüllü hərbiyə yazılaraq döyüşə üz tutur. 21.10.2020- cı ildə Fizulinin, Cəbrayılın, Xocavəndin, Hadrutun alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vurulmuş, Ərgünəş zirvəsində şəhid olmuşdur. Prezidentin sərəncamı ilə Xocavəndin azad olması və Vətən uğrunda medalları ilə təltif olunub. Bu gün məktəbimizin müəllim və şagirdləri ilə birlikdə Şəhidimizin qəbrini ziyarət etdik.

Ətraflı

XARI BÜLBÜL ƏTİRLİ ZƏFƏR GÜNÜVətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən Xəzər rayonundakı 185 N-li tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü ərəfəsində “Xarı bülbül ətirli Zəfər Günü” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Esmira Rzaquliyeva,tərbiyə işləri üzrə direktor müavini Gülüm Cəfərova və məktəb psixoloqu Rəfiqə Vəliyeva iştirak ediblər. Tədbirdə Zəfərə gedən yolun cığırlarından danışılıb ,şagirdlər işarə dili ilə Xudayar təsnifini ifa ediblər .Müxtəlif Zəfər ruhlu şeirlər ,mətnlər səsləndirilib kompozisiya təşkil olunub. Tədbirin sonunda çıxış edən məktəbin direktoru E.Rzaquliyeva və tərbiyə işləri üzrə direktor müavini G. Cəfərova keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib.Qarabağ əsl sahibinə geri qaytarılıb . Eyni zamanda, tədbirdə “Vətən müharibəsi” mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgi də təşkil olunub.

Ətraflı

QARABAĞ AZƏRBAYCANDIRBu gün məktəbimizin şagirdləri ilə birlikdə "Qarabağ Azərbaycandır" devizi altında tədbir keçirildi. Tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladıldı. Daha sonra müxtəlif siniflərdən olan şagirdlərimizin şeirlərini, mahnılarını dinlədik, səhnəciklərinə tamaşa etdik. Sonda məktəbimizin direktoru Esmira Rzaquliyeva çıxış edərək hər kəsi Zəfər Günü münasibəti ilə təbrik etdi. Tədbir bayram abu- havası ilə sonlandırıldı.

Ətraflı

Qurtuluş GünüXəzər rayon 185 N-li tam orta məktəbin Kiçik Akademiyası tərəfindən 15 iyun Qurtuluş Günü ilə əlaqədar "Qurtuluşumuz əbədidir" adlı tədbir keçrilmişdir.Tədbirdə Kiçik Akademiyanın prezidenti Axundova Ayşən və vitse-prezident Əliyeva Xəyalə çıxış edərək Qurtuluşumuzun tarixi haqqında məlumat verdilər.Sonra şagirdlərin Qurtuluş günü ilə bağlı topladıqları məlumatlar dinlənildi.Tariximizə dəyər verən şagirdlər yüksək qiymətləndirildi.

Ətraflı

Qurtuluşumuz ƏbədidiXəzər rayon 185 N-li tam orta məktəbin “Kiçik Akademiya”sı tərəfindən 15 iyun Qurtuluş Günü ilə əlaqədar "Qurtuluşumuz əbədidir" adlı rəsm müsabiqəsi yekun vuruldu.İlk öncə Kiçik Akademiyanın prezidenti Axundova Ayşən çıxış edərək Qurtuluş Günümüzün tarixi haqqında şagirdlərə məlumat vermişdir.Sonra şagirdlər öz rəsmlərini təqdim etdilər.İncəsənət bölməsinin rəhbəri Həsənzadə Jalə şagirdlərin rəsmlərini yüksək qiymətləndirdi.Sonda müsabiqədə məsuliyyətlə iştirak edən hər bir şagirdə təşşəkür edildi.

Ətraflı

Nizami GəncəviAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan olunmuşdur. Buna əsasən məktəbli şagirdlərin iştirakı ilə 10.06.2021-ci il tarixində 185 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə dahi şairin obrazı yaradılmış və onun dilindən şeirlər səsləndirilmişdir. Həmçinin şagirdlər böyük şairin həyat və yaradıcılığı, “Xəmsə”yə daxil olan əsərləri haqqında dolğun məlumatlar vermişlər.Təqdim olunan səhnəciklər, musiqili kompozisiyalar tədbir iştirakçılarının marağına səbəb olmuşdur.Tədbirdə Cəfərov Vahid, Hüseynli Gülnaz, Bəşirova Çinarə, Hüseynli Murad, Cəlilova Leyla, Əzimova Nuranə fəallıq göstərmişlər. Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş tədbirin əsas məqsədi Azərbaycançılıq ruhuna, onun tarixinə, mədəniyyətinə olan hörmət və ehtiramı şagirdlərə aşılamaqdır.

Ətraflı

Lütfi Zadənin 100 illik yubileyi09.06.2021-ci ildə məktəbin VII sinif şagirdləri arasında Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş məntiq olimpiadası keçirilmişdir.Şagirdlər arasında Lütfi Zadənin irsini təbliğ edərək, onların məntiqi biliklərinin inkişafına təkan vermək, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdan ibarətdir. Şagirdlər 45 dəqiqə ərzində məntiqi təfəkkürə dair sualları cavablandırıblar.11 İyun tarixində məktəbimizin riyyat müəllimi Zamanova Səkinə tərəfindən VIII B sinif şagirdləri ilə açıq dərs keçirilmişdir.

Ətraflı

Nizam Gəncəvi 880Xəzər rayon 185 №li tam orta məktəbin “Kiçik Akademiya”sının İntellekt divar qazeti hazırlandı. 20.05.2021- ci il də Məktəbimizin ingilis dili müəllimi Bağırova Tahirəxanım V siniflər arasında dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ingilis dilində onlayn tədbir keçirmişdir. Tədbir zamanı müəllim şagirdlərə görkəmli söz sənətkarımızın həyat və yaradıcılığı haqqında söz açmış, şairin əsərlərinə çəkilmiş illüstrasiyaları nümayiş etdirmişdir. Tədbirin sonunda şagirdlər də söz ustadımız Nizami Gəncəvi haqqında topladıqları məlumatları səsləndirmiş, çəkdikləri rəsmləri nümayiş etdirmişdir.

Ətraflı

KİÇİK AKADEMİYA17.05.2021-ci il tarixində məktəbimizdə "KİÇİK AKADEMİYA " yaradıldı.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri 185 nömrəli tam orta məktəb Xəzər rayonunda yerləşir. Məktəbin inşasına 1933-cü ildən qəsəbə sakinlərinin əməyi nəticəsində başlanmışdır.1936-c...

BİZİM FƏXRLƏRİMİZ

Mehdi Mehdiyev Müsənif

Fidan Fərhadzadə Nüsrət

HAQQIMIZDA

Bakı şəhəri 185 nömrəli tam orta məktəb Xəzər rayonunda yerləşir. Məktəbin inşasına 1933-cü ildən qəsəbə sakinlərinin əməyi nəticəsində başlanmışdır.1936-c...

BİZİM FƏXRLƏRİMİZ

Mehdi Mehdiyev Müsənif

Fidan Fərhadzadə Nüsrət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi