HAQQIMIZDA

Bakı şəhəri 185 nömrəli tam orta məktəb Xəzər rayonunda yerləşir. Məktəbin inşasına 1933-cü ildən qəsəbə sakinlərinin əməyi nəticəsində başlanmışdır.1936-cı ildən istifadəyə verilmişdir. Məktəb 1936-1958-ci illərdə 10 illik orta məktəb kimi fəalliyyət göstərmişdir. Lakin qəsəbənin sosial vəziyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq əhalinin çox hissəsi Şüvəlan qəsəbəsinə köçmüş ve əhalinin azalması ilə əlaqədar olaraq məktəb 1958-2005-ci illərdə 9 illik əsas məktəb kimi fəaliyyətini davam etdirmişdir. 79 il ərzində məktəbdə 8 nəfər direktor məktəbə rəhbərlik etmişdir. 2004-cü ildən Rzaquliyeva Esmira Oqtay qızı məktəbə rəhbərlik edir. 2005-ci ildən tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbin qədim binası istifadəyə yararsız olduğundan 2012-ci ildə yeni binanın tikintisinə başlanmış, 2013-cü ildə yeni bina şagirdlərin istifadəsinə verilmiş, köhnə bina isə tamamilə ləğv edilmişdir. Hal-hazırda məktəbdə 657 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 47 kadr məşğul olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi