"Yaşıl layihə - Təbiəti qoruyanlar"

    BŞTİ-nin "Yaşıl layihə - Təbiəti qoruyanlar" adlı layihəsinə əsasən 04 mart 2023-cü il tarixində 181 nömrəli tam orta məktəbin "Biologiya üzrə fəlsəfə doktoru" Dilrubə Əliyeva 6 və 7-ci sinif şagirdləri ilə birlikdə Bakı Zooloji parkına ekskursiya etdilər. Şagirdlərlə "Məməlilərin ekoloji qrupları" mövzusunda dərs aparıldı. Şagirdlər parkdakı heyvanlar haqqında geniş məlumat əldə etdilər.

    Bu park dünyada mövcud olan parklar səviyyəsində yaradılıb. Çox geniş əraziyə malik olan parkda təbii mühitin qorunmasına xüsusi diqqət yetirilir. Nadir heyvanların qorunması, qidalanması, saxlanılması hər növün öz ehtiyacları nəzərə alınaraq hazırlanıb. Bu isə şagirdlərin dərsliklərdə qiyabi şəkildə öyrəndiklərini burada əyani olaraq görmək təcrübə etmək imkanı yaradır. Azərbaycanın nadir faunası haqqında məlumat əldə edilə biləcək, eyni zamanda Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii şəraitdə qorunması, artırılması haqqında da kifayət qədər məlumat əldə edə bilərlər.

    Şagirdlərin Zooloji parka ekskursiyası onların bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rol oynaya bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi