Nailiyyətlərimiz

Şagirdimiz I yerə layiq görüldüMəktəbimizin 4-cü sinif şagirdi Nəcəf Nəsrullayev Türkiyədə keçirilən beynəlxalq cüdo turnirində 26 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. Nəcəfi təbrik edir və ona yeni-yeni uğurlar arzu edirik!

Şagirdimizin uğuruSübhan Paşayev 4”a” “Sağlam Təhsil” sinfində təhsil alır . İstedadlı şagirddir. Öz ağlı, dərrakəsi, məntiqi təfəkkürü ilə digər sinif yoldaşlarından seçilir. Eyni zamanda bacarıqlı və səliqəlidir. O da riyaziyyatı çox sevir, valideynləri də onun bu həvəsini dəstəkləyirlər. Sübhan bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin “İbtidai siniflərdə riyazi istedada malik olan şagirdlərin aşkarlanması və onların beynəlxalq yarışlara inteqrasiyasinın təmini” çərçivəsində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında II yerə layiq görülmüş və gümüş medalla təltif olunmuşdur.

Şagirdimizin uğuruNəcəf Nəsrullayev 4”e” “Sağlam Təhsil” sinfində təhsil alır. O, çox çalışqan şagirddir, dərslərini yaxşı oxuyur. Sinif yoldaşlarının sevimlisidir, çünki Nəcəf bilik və bacarıqlarını dostları ilə bölüşə bilir. Nəcəf idmanla da məşğul olur. 2016-cı ildən “CÜDO CLUB”unun fəal üzvüdür. O, öz idman fəaliyyətini Abşeron rayonunun “ Zirvə” klubunda davam etdirir. Nəcəf 2019-cu ilin yanvar ayının sonunda “Аdana kurtuluş kupası” turunda iştirak edəcək. Ona bu yarışda uğurlar diləyirik!

HAQQIMIZDA

Böyük Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan 18 nömrəli tam orta məktəbin 100-dən artıq yaşı var. Məktəbin tutumu əvvəllər 1236 şagirdlik, 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sər...

BİZİM FƏXRLƏRİMİZ

Vüqar Əhmədov Mikayıl

Ramil Qasımov Adıgözəl

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi