“ƏN YAXŞI TƏQDİMAT” MÜSABİQƏSİNDƏ I YERMayın 4-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində məktəbimizin 11-ci sinif şagirdi Aydan Göyüşlü I yerə layiq görüldü. Məktəbimizin müdiriyyəti və kollektivi adından Aydanı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzu edirik!
Şahmat yarışında III yerMəktəbimizin 3-cü sinif şagirdi Pirverdi Ömər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Şahmat Mərkəzinin təşkil etdiyi 9 May Qələbə gününə həsr olunmuş şahmat üzrə təsnifat turnirində III yerə layiq görüldü.Təbriklər!
Şahmat yarışında II yerMəktəbimizin 5-ci sinif şagirdi Cəlilova Mülkücahan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Şahmat Mərkəzinin təşkil etdiyi 9 May Qələbə gününə həsr olunmuş qızlar arasında şahmat üzrə təsnifat turnirində II yerə layiq görüldü. Təbriklər!