Nailiyyətlərimiz

Məktəbimizin fəxri II yerə layiq görüldüMəktəbimizin şagirdi Əhmədzadə Tuqay Bakı Gimnastika Məktəbi tərəfindən keçirilən İOEUGGM birinciliyində idman gimnastikası üzrə II yerə layiq görüldü

Sambo üzrə yarışlarda qalib gəldilərBakı şəhəri üzrə keçirilən sambo üzrə yarışlarda məktəbimizin şagirdləri Ələkbərov Paşa İlqar oğlu II yer, Məhəmmədəliyev Hacı Bəxtiyar oğlu isə III yerə layiq görüldülər.Sizləri təbrik edirik!

"Şahin"lərimiz qalib oldularHər il olduğu kimi, bu il də Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahin” idman oyununun rayon mərhələsi keçirildi. Gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” idman oyununda bu il də məktəbimizin komandası iştirak edirdi. Yarışda 13 oğlan, 4 qız tərkibi ilə təmsil olunan komandamız sıra hazırlığı, avtomatın sökülməsi və yığılması, darağa patron doldurma və boşaltma, tüfəngdən hədəfə atəş açma, sanitarların yarışı və fiziki hazırlığı üzrə qüvvələrini sınayıblar. Oyunların keçirilməsində məqsəd böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Gənclər və İdman, Təhsil və Müdafiə Nazirliklərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Şahin”lərimiz məktəbimizi layiqincə təmsil etdilər və II yerə layiq görüldülər. Biz də " Şahin"lərimizi ürəkdən təbrik edirik!!!

HAQQIMIZDA

Böyük Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan 18 nömrəli tam orta məktəbin 100-dən artıq yaşı var. Məktəbin tutumu əvvəllər 1236 şagirdlik, 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sər...

BİZİM FƏXRLƏRİMİZ

Zöhrə Qarayeva Ağahüseyn

Şamil Süleymanov Kamran

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi