Məktəbimiz “Ən yaxşı idman festivalı” nominasiyası üzrə qalib oldu!Dekabrın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “British Council” arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimi keçirildi. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, akademiyanın rektoru Fuad Hacıyev, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi. Tədbirdə ötən tədris ilini əhatə edən “TOPS proqramı - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması” layihəsinin qiymətləndirilməsi hesabatına dair video təqdimat nümayiş olundu. Daha sonra ötən tədris ilində “Ən yaxşı açıq dərs” və “Ən yaxşı idman festivalı” nominasiyası üzrə qaliblərə diplom və hədiyyələr təqdim olundu. Məktəbimiz 2015/2016-ci tədris ilində “TOPS” proqramı çərçivəsində keçirilən idman festivalının qalibi oldu və fəxri diplama layiq görüldü. “TOPS” proqramı 2016/2017-ci tədris ilində də davam edəcək.
ƏLİFAĞA DÜNYA ÇEMPİONU OLDU!!!Məktəbimizin 7-ci sinif şagirdi Haqverdiyev Əlifağa Bakıda keçirilən Juboksinq üzrə dünya çempioanatında I yerə layiq görüldü və qızıl medalla təltif olundu. O, 12-14 yaş qrupunda iki döyüş keçirərək, qələbə əldə etdi və finala vəsiqə qazandı. Finalda Əlifağa Rusiya Federasiyasından olan idmançı ilə qarşılaşaraq, təmiz qələbə əldə etdi və DÜNYA ÇEMPİONU OLDU!!! Bu böyük qələbə münasibətilə Əlifağanı təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!
Onun gələcəyinə böyük ümidlər var!Məktəbimizin 6-cı sinif şagirdi Rəhimov Hacıbaba Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən Bakı şəhər birinciliyində 2004-2005-ci illər arasında 73kq çəkidə Yunan-Roma güləşi üzrə I yerə layiq görülərək, diplomla təltif olundu. Hacıbabanı təbrik edir, ona uğurlar arzulayırıq!