Ölkəmizi tanıyaq layihəsi
12 noyabr 2019-cu ildə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyanın iştirkaçıları ilə rayon icra hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyevin görüşü keçirilmişdir. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın bütün məktəblilərin ölkəmizin müxtəlif bölgələrinə, həmin bölgələrin tarixi-mədəniyyət abidələrinə, gəzməli-görməli yerlərinə artıq 5-ci ildir ki göndərilir. Bu dəfəki tur aksiya böyük təntənə ilə Binəqədi məktəblilərinin Gəncə-Göygöl-Şəmkir istiqamətində həyata keçirilir.
Qorxmaz Baxşıyev adına 179№-li tam orta məktəbin 10-cu sinif şagirdləri Verdiyeva Əzəmət İmran qızı və Hüseynova Səmayə Zaur qızıda bu tur aksiyada iştirak etmək üçün seçilmişlər. Qeyd olunan tədbirdə çıxış edən məktəbimizin şagirdi Verdiyeva Əzəmət İmran qızı məktəblilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, bu tur aksiyadan maksimum yararlanacaqlarına söz vermişdir.