"Son Zəng" tədbiri

  İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şəhid ailələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və bələdiyyədən nümayəndə iştirak edib. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəb rəhbərliyi  tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər diplomla,təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə yaşla əlaqədar təqaüdə çıxan müəllimlər isə Fəxri fərmanla təltif olunub. Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda, “Son zəng” çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi