Pedaqoji Şura iclası

Mayın 27-si 2024-2025-ci tədris ilinin “Son zəng” tədbiri ilə bağlı əmr və təlimatların kollektiv üzvlərinə çatdırmaq məqsədilə iclas keçirilib.
Məktəbin direktoru Həqiqət Bayramova sinif rəhbərləri ilə görüşüb, onları təlimatlarla tanış edib və bildirib ki, “Son zəng” tədbirinin formatı məzunların çıxışlarında oxuduğu məktəbə minnətdarlıq, gələcək arzular, Vətənə və cəmiyyətə xidmət ideyaları ilə dolu olmalıdır. Sonda müəllimlərin mövzu ətrafında fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq qərarlar qəbul edilib.