Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31 may 2019-cu il tarixində məktəbdə valideyn günü, insan hüquqları və 1iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir "Valideynin məktəbdə bir günü" layihəsi əsasında hazırlanmışdır. Belə ki, məktəbə dəvət olunan valideynlər məktəblə ümumi tanış oldular, onlar kitabxana,idman  zalı, sinif otaqları və fənn kabinetləri ilə yaxından tanış oldular. Bu tədbirdə 4-cü sinfi bitirən şagirdlər, valideynlər üstünlük təşkil edirdi. Daha sonra 4-cü siniflərin iştirakı ilə məktəbin akt zalında 31 may valideyn gününə ,insan hüquqlarının qorunması və xüsusilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş geniş tədbir keçirildi. Tədbirdə 160 nəfər şagird çıxışları, təqdimatları, rəqs,mahnı və səhnəcikləri ilə müəllim,şagird və valideynlər tərəfindən böyük maraqla qarşılandı. Tədbirin hazırlanmasıda ibtidai sinif müəllimlərinə, xüsusən Xələfova Nüşabə və Şaşıyeva Aidə müəlliməyə təşəkkür edirik .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi