SON ZƏNG

14 İyun 2019-cu il tarixində Q.Baxşıyev adına 179 N-li tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət xanım Vəliyeva, BŞTİ-nin şöbə müdiri Şahin İsgəndərov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, məktəbin məzunu-Aprel döyüşlərinin şəhidi Fəxrəddin Qurbanlının  atası Seyfəddin Qurbanlı və digər fəxri qonaqlar iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Məktəbin direktoru Bayaz Novruzova qonaqları salamlayaraq məzunları təbrik etdi və məktəb haqqında ümumi məlumat verdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət xanım Vəliyeva məktəbin pedaqoji heyyətini, məzunları və valideynləri salamlayaraq təhsilə olan dövlət qayğısı və xüsusi ilə yeni məktəblərin şagirdlərin istifadəsinə verilməsini yetişməkdə olan gənc nəslin təlim-tərbiyyəsində mühüm rol oynadığını bildirdi. 179 nömrəli tam orta məktəbin mövcud korpusunun da Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq inşa edildiyini qeyd etdi.

            Natiq çıxışında ölkə rəhbərliyinin təhsilə diqqət və qayğını daim diqqət mərkəzində saxladığını vurğulayaraq təhsilimizin bu günki inkişafından  danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi