RESPUBLİKA GÜNÜ dəyirmi masa
29 may 2010-cu il tarixində VIç sinfində müəllim və şagird heyətinin iştirakıyla "Müstəqil Azərbaycan Respublikası AXC-nin varisidir" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Xalq Cümhuriyyəti dövründə atılan təməllər müasir dövrümüzdə Heydər Əliyev və onun siyasətinin davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmiz güclənir, inkişaf edir.
İlham Əliyevin xarici və daxili siyasətinin nəticəsi olaraq Azərbaycan dünyada və Cənubi Qafqazda sayılıb seçilən, hörmət edilən və hesablaşılan ölkəyə çevrilmişdir.
Tədbirdə VI ç sinif şagirdləri şeirlər söyləmiş, səhnəciklər göstərmiş və nəğmələr oxumuşlar. M.Ə.Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" şüarı ilə başlayan tədbir İ.Əliyevin "Müstəqilliyimiz əbədidir,dönməzdir!" şüarı ilə yekunlaşmışdır.