AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - 101

    24 may 2019-cu il tarixində Şərq aləmində və Türk dünyasında yaranmış ilk demokratik respublikamız olan Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə məktbin tarix müəllimi Abdullayeva Familənin təşkilatçılığı ilə 8a sinif şagirdləri dəyirmi masa təşkil etmişdir. Şagirdlər AXC-nin bayraqları, dövlət qurucuları, Milli Şuranın sədri M.Ə.Rəsulzadənin, Parlamentin sədri Ə.Topçubaşovun, Nazirlər Şurasının sədri F.Xoyskinin, Hərbi Nazir S.mehmandarovun siyasi fəaliyyətləri haqqında geniş məlumatlar verdilər. AXC-nin 23 aylıq fəaliyyəti maraqlı faktlarla təhlil edildi. 

    Şagirdlər tərəfindən Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirildi. 

    Sonda M.Ə.Rəsulzadənin çıxışı dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi